PEDAQOJİ ŞURANIN YEKUN İCLASI

    20 iyun 2024-cü il tarixində pedaqoji şuranın yekun iclası keçirildi.

    İclasın keçirilməsində əsas məqsəd il ərzində görülən işləri bir daha nəzərdən keçirmək, qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparmaq və kollegial qərarlar qəbul etməkdən ibarətdir.

    Məktəbin direktoru Səidə Rəhimova buraxılış imtahanlarının və BSQ-lərin nəticələri, yay tədris tapşırığı olan şagirdlərlə işin təşkili, fərqlənmə attestatlarına namizədlər barədə ətraflı məlumatlar verdi.

    Eyni zamanda, növbəti tədris ilində qarşıda duran vəzifələr, təlim-tərbiyə prosesinin təşkili, müəllim-şagird-valideyn münasibətlərinin tənzimlənməsi, psixoloji xidmət və digər mövzular ətrafında müzakirələr aparıldı, müəllimlərə müvafiq tövsiyə və tapşırıqlar verildi.

    Daha sonra məktəb rəhbəri 2023-2024-cü tədris ilində keçirilən sertifikasiya imtahanından uğurla keçən müəllimlərimizi təbrik etdi.

1. Ağababayeva Aytəkin -57 bal

2. ⁠Xəlilova Əfsanə - 56 bal

3. ⁠Rüstəmova Telli - 55 bal

4. ⁠Əkbərova Zəhra - 55 bal

5. ⁠Əzimova Sənubər - 54 bal

6. ⁠Quliyeva Günel - 53 bal

7. Ramazanova Mehriban - 50 bal

    İclasın sonunda 2023-2024-cü tədris ili ərzində məktəbin ictimai işlərində fərqlənən müəllimlər Fəxri fərmanlarla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi