1 MART - ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜ

   01 Mart 2024-cü il tarixində məktəbimizdə hərbi rəhbər Qurban Vəliyevin təşkilatçılığı və məktəb rəhbərliyinin, şagirdlərin iştirakı ilə Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi. 
     Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir.
     Maarifləndirici görüşdə  şagirdlərə yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlər haqqında məlumat verildi. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edildi.
     Daha sonra fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, dəm qazından zəhərlənmənin profilaktikası, "112" zəng xidmətindən istifadə mövzularında ətraflı məlumatlar verildi. Eləcə də şagirdlərin fövqəladə hallarla bağlı bilikləri yoxlanıldı.

 

#MülkiMüdafiəGünü 
#məktəb216
#fəalməktəb
#virtualməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi