1 MART - ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜ İLƏ BAĞLI MAARİFLƏNDİRİCİ GÖRÜŞ

    29 fevral 2024-cü il tarixində hərbi rəhbər Qurban Vəliyevin təşkilatçılığı və məktəbimizin Mülki Müdafiə Qərargahının xilasetmə, rabitə, tibb, yanğınsöndürmə manqalarının üzvlərinin iştirakı ilə 1 Mart - Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirici görüş keçirildi.

    Tədbirin keçirilməsində əsas məqsəd manqa üzvlərinin diqqətini fövqəladə hallar üçün davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir.

    Görüş zamanı manqa üzvlərinə yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlər haqqında məlumat verildi.

#MülkiMüdafiəGünü

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi