Novruz bayramı və mətbəx kulinariya günləri təşkil olundu

“Bahar çələngi” layihəsinin icrası ilə əlaqədar məktəbdə “Novruz bayramı və mətbəx mədəniyyətimiz” adlı kulinariya günləri təşkil olundu. Belə ki, kulinariya günlərində şagirdlər Novruz bayramında süfrələrimizi bəzəyən milli mətbəximiz barədə məlumat verdilər. Həmçinin siniflərin təşkil etdiyi bölgələrimizə məxsus, süfrələrin bəzəyi olan plovlar qonaqlarımıza təqdim olundu.