Məktəbdə "Bilik Günü" qeyd edildi

Sentyabr ayının 16-də məktəbimizdə “Bilik günü” tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən cümlə Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbirdə yüksək bal toplamış və keçən tədris ili boyu müxtəlif layihələr və müsabiqələrdə fəal iştirak edərək müvəffəqiyyət qazanmış Şirinova Fidan və məktəbimizin şəhid məzunu İbrahimli Məhəmmədəlinin anası çıxış etdib məktəb kollektivinə bu tədris ilində uğurlar arzuladılar. İlk dərslər “Yaşıl dünya naminə həmrəylik ili” mövzusuna həsr olundu. Siniflər bu mövzuya həsr olunmuş referatlar, plakatlar hazırlamışlar. Şagirdlər dərs zamanı “Yaşıl dünya naminə həmrəylik” mövzusunda müzakirələr apardı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi