“Yaşıl dünya naminə həmrəy olaq!” şüarı altında ağacəkmə aksiyası keçirildi

Məktəbin fəaliyyət planına əsasən mayın 10-da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya naminə həmrəy olaq!” şüarı altında ağacəkmə aksiyası keçirildi. Aksiyada bütün siniflər məktəbin həyətyanı sahəsində şam ağaclarının və müxtəlif dekarativ güllərin əkilməsində fəal iştirak etdi. Eyni zamanda məktəbdə yaşıl guşənin (eko-guşənin) salınması münasibətilə keçirilən tədbirdə şagirdlər Vətənimizin gözəl təbiətinə, ətraf aləmə həsr olunmuş məşhur Azərbaycan şairlərinin şeirlərini söylədilər,  müxtəlif mahnı və rəqslər ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi