20 yanvar hadisələrinin 34-cü ildönümünə həsr olunmuş tədbirlər

Məktəbimizdə fəaliyyət planına əsasən 20 Yanvar faciəsinin otuz dördüncü ildönümünə həsr olunmuş bir sıra tədbirlər: həftə ərzində divar qəzetləri sərgiləndi, videoçarxlar və təqdimatlar hazırlandı, sinif təşkilat saatları, bədii kompozisiyalar və nümunəvi dərslər keçirildi. 19 yanvar tarixində İnformatika fənn müəllimlərinin dəstəyi ilə  şagirdlərin “Qanlı və şanlı Yanvar” şüarı altında hazırlanmış təqdimat və videoçarxlar nümayişi olundu. Tədbir Azərbaycan Dövlət Respublikasının Himni ilə başlandı və Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər çıxışlarında qeyd etdilər ki, 20 Yanvar hadisələri xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. Xalqımızın tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin təkcə ildönümlərində deyil, hər zaman xatırlanmalıdır. Tədbirdə şagirdlər  20 Yanvara və Müzəffər Azərbaycan xalqına həsr olunmuş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar və mahnılarla  çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi