Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər

Həftə boyu məktəb üzrə siniflərdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş divar qəzetləri çıxarılmış, videoçarxlar və təqdimatlar hazırlanmış, viktorina, sinif təşkilat saatları, bədii kompozisiyalar keçirilmişdir. 

Məktəbin fəaliyyət planına əsasən dekabrın 12-də Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Ömrünü xalqa həsr edən Ümumimilli Liderimiz Heydər Əliyev” mövzusunda "Ən yaxşı lektron təqdimat" müsabiqəsi keçirildi. Şagirdlər hazırladıqları təqdimatda Ümummilli Lider Heydər Əliyevin həyat yolu və uğurlu siyasəti barədə fikirini ifadə etdilər. Müsabiqənin sonunda tarix müəllimləri dahi siyahətçi haqqında fikirlərini şagirdlərlə bölüşdülər. Sonda məktəbin direktoru Cavad Mustafayevin Ümumimilli Liderin uzaqgörən siyasəti haqqında məlumatları şagirdlərin böyük marağına səbəb oldu. Dekabr ayı ərzində şagirdlərin hazırladıqları bülletenləri və rəsmləri məktəb foyesində sərgiləndi. Ayın sonuncu həftəsində  isə VII siniflər arasında İntelektual viktorina keçirildi. Viktorina zamanı şagirdlər I bölmədə dünyagörüşlərinə, II bölmədə böyük siyasətçi Heydər Əliyevin fəaliyyətinə aid, III bölmədə isə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş suallara cavab verdilər. Tədbirin sonunda qaliblər mükafatlandırıldı, iştirakçılara təşəkkürnamələr təqdim edildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi