Gənc kimyaçıların Universitetə ekskursiyası

25 dekabr 2023- cü il tarixdə Ümumilli lider H.Əliyevin 100 illiyi ilə bağlı universitet- məktəb əlaqələrinin tənzimlənməsi çərçivəsində Bakı şəhəri 215 nömrəli tam orta məktəbin kimya müəllimi  Vəfa Kərimli məktəbin həvəskar şagirdləri ilə birgə ADPU-ya ekskursiya ediblər. 
Məktəb kollektivini Universitetin Tədris Departamentinin Məzun Koordinasiya və Karyera şöbəsinin müdiri Könül Əsgərova və Kimya və Biologiya fakültəsinin baş müəllimi Rumiyyə Camalova qarşılayıb, Tədris Departamentinin müdiri Sənan Əliyev, Elm və innovasiyalar üzrə prorektor, fizika- riyaziyyat üzrə elmlər doktoru professor Asəf Zamanov, Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva, dekan müavini dosent Kərim Quliyev, Ümumi kimya  və KTT kafedrasının müdiri dosent Kəmalə İskəndərova, Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Asəf Kazımov motivasiya xarakterli çıxış edərək şagirdlərə dəyərli kitablar hədiyyə ediblər. Şagirdlər Ümummilli lider Heydər Əliyev muzeyini ziyarət edərək məlumatlarla tanış olublar.  Şagirdləri universitetin elektron kitabxanası ilə Kitabxana İnformasiya Mərkəzinin müdiri Zinharə Həsənova tanış edib. 18- ci əsrə aid olan nadir kitablar arasında Tarixi Nadir kitabı şagirdlərin marağına səbəb olub. Kimya və biologiya fakültəsinin baş müəllimi  Zəminə Məlikova şagirdləri Zoologiya muzeyi ilə tanış edib. Şagirdlər  Ümumi kimya və KTT kafedrasının baş müəllimi Rumiyyə Camalovanın mühazirəsində iştirak ediblər. Daha sonra şagirdləri Ümumi kimya və KTT kafedrasının müəllimi k.ü.f.d. Aynurə Tomuyeva Kimya laboratoriyaları ilə tanış edib. Dosent Gülputa Şəfaqətova laboratoriya işinin mövzusu ilə bağlı izah verib. Şagirdlər həmçinin  tələbələrlə həmsöhbət olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi