İnsan hüquqları mövzusunda “Gender zorakılığı-cəmiyyətimizin faciəsi” layihəsinin növbəti toplantısında iştirakımız

29 noyabrda  layihəyə əsasən Sabunçu qəsəbəsində keçirilən  "Susma danış! Səsini eşitdir!" adlı maarifləndirici toplantıda 6 məktəb arasında bizim məktəb də iştirak etdi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun rəhbəri Rəna Fərəcova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (OMBUDSMAN) ixtisaslaşmış müşaviri Lamiyə Zeynalova, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Sabunçu qəsəbəsinin tam orta məktəblərinin direktorları, müəllimlər, məktəblilər və valideynlər iştirak edirdilər.

Tədbirdə məktəbimizin şagirdləri  "Erkən nikaha yox deyirik! Çünki cəhalətin qurbanı olmaq istəmirik" mövzusunda səhnəciklə iştirak etdi. Fəal iştirak edən məktəb rəhbərləri və şagirdlər Sabunçu rayon Bələdiyyəsinin nümayəndələri tərəfindən Fəxri Fərman və diplomlarla rəğbətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi