Məktəbimizdə "İdmansevərlər" layihəsinə əsasən tədbirlər keçirildi

215 nömrəli tam orta məktəbin "Fiziki tərbiyə" müəllimi Rəşad ələsgərov  "Qalibləri tanıyaq və tanıdaq" layihəsi çərçivəsində bir sıra tədbirlər keçirmişdir. Belə ki, layihə çərçivəsində şagirdlərə idmançıların davranışı və mehribançılığı barəsin də məlumat verildi. Həmçinin məktəbin digər "Fiziki tərbiyə"  müəllimi Elmira Quliyeva məktəbin 5a və 5b sinifləri arasında maraqlı estafet yarışı təşkil edərək topu baş üzərin də ötürülməsi və kimin daha çevik olmasını nümayiş etdirən yarış təşkil etmişdi. 

Eyni zamanda layihə çərçivəsində "Şaşki" yarışı təşkil olundu və qaliblər mükafatlandırıldı. Həmçinin, iştirakçılar bu stolüstü oyunun zehinin inkişafına təsiri haqqında maraqlı məlumatlar dinlədilər. 

Son olaraq Ümimilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş estafet yarışı təşkil olundu. İştirakçı olan 5a və 5b sinif şagirdləri "Topu səbətə kim tez saldı" oyunununda iştirak etdikər və qaliblər sonda mükafatlandırıldılar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi