"Zəfər bizə yaraşır!" adlı tədbir

Məktəbimizdə 7 noyabr tarixində "Zəfər bizə yaraşır!" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Sonra isə bu qələbəni bizə yaşatmaq üçün canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir məktəbimizin direktoru Qarabağ qazisi Cavid Mustafayevin təbrik sözləri ilə açıldı. Tədbirdə qonaq qismində məktəbimizin şəhid məzunları Ələkbərov Telman və Feyzullayev Aydının valideynləri də iştirak etdi. Tədbirdən sonra şagirdlərimiz onlarla xatirə şəkilləri çəkdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi