"Dilimizi qoruyaq" şüarı altında "Beynəlxalq Məktəb Kitabxanaları Günü"

22 oktyabr Beynəlxalq Məktəb Kitabaxanaları Günü ilə əlaqədar olaraq 20.10.2023-cü il tarixində Azərbaycan dili və ədəbiyyat metodbirləşmə rəhbəri Leyla Baxşəliyeva  5a sinif şagirdləri ilə məktəbimizin kitabxanasını ziyarət etdii və tədbir həyat keçirdi. Tədbirdə şagirdlərimizin ifasında müxtəlif mövzularda şeirlər səsləndirildi və kitabların həyatımızda rolu haqqında məlumatlar dinləndi.

     Kitabxana müdiri Firəngiz Mahmudovanın rəhbərliyi altında şagirdlər müxtəlif sahələri əhatə edən kitablarla tanış oldular və onlara öz maraqlarına uyğun kitablar haqqında məlumat verildi.  Bu tədbirdən sonra  “Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən-nəsillərə yetirən fikir gəmisidir” kəlamı şagirdlərimizin beynində dərin iz buraxdı və kitabxanaya üzv olmaq, oradakı kitablarla daha da yaxından maraqlanmaq istəyən şagirdlərimizin sayı çoxaldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi