Şagirdlərimiz Fəxri Xiyabanda

Bakı şəhəri 215 nömrəli tam orta məktəbin 11a sinif şagirdləri və sinif rəhbəri  şəhid məzun Telman Ələkbərovun məzarını ziyarət edərək onun əziz xatirəsini yad etdilər. Onun döyüş yolu, qəhrəmanlığı, igidliyi, şücaəti və Ağdam uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalması barədə danışdılar. 

Daha sonra İkinci Fəxri Xiyabanda dəfn olunan Vətənin bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin məzarlarını bir-bir ziyarət edib hər birinin ruhuna dualar oxundu. Şagirdlərin ziyarət zamanı Şuşa uğrunda döyüşlərdə şəhid olan İsmayıl Kərimlinin  doğum gününə təsadüf etdiyindən,  şəhidin anası tərəfindən İkinci Fəxri Xiyabanda təşkil olunan məclisə dəvət olundular. İsmayıl Kərimli barədə video təqdimat izləyərək qısa ancaq fəxarətli ömür yoluna şahidlik etdilər. 

Allah bütün şəhidlərimizə rəhmət etsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi