21 Fevral –“Ana dili günü” tədbiri keçirildi

21 Fevral –Beynəlxalq Ana dili Günü münasibətilə 215 nömrəli məktəbdə tədbir keçirildi. Tədbirdə iştirak edən 7a sinif şagirdləri ana dilimizin saflığını, gözəlliyini şeir və səhnəciklərdə çox məharətlə nümayiş etdirdilər.

Tədbirin təşkilatçısı Azərbaycan dili və ədəbiyyat  müəllimi Gülmalıyeva Şəhla “Bir torpaq  işğal edilərsə, onu qaytarmaq olar, bir dil məhv olarsa, onu geri qaytarmaq olmaz” fikrini hər kəs üçün vurğuladı.

Şagirdlərimiz ulu öndərimiz Heydər Əliyevin “Dil xalqın varlığır, mədəniyyətidir” kəlamını bir daha öz çıxışları ilə təsdiqlədilər və kəlamı öz həyat devizi olaraq yaşatmağa söz verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi