Məktəbimizin uğuru

İyul ayının 4-də coğrafiya fənni üzrə keçirilən müəllimlərin işə qəbulu (MİQ) imtahanında ən yüksək nəticəni V.Sadıqov adına 214 saylı məktəbin direktor müavini Tural Taqiyev göstərib.
O, 93.75 bal toplayaraq respublika birincisi olub. Təkcə bu nəticəsi ilə deyil, həm də peşəyə sevgi ilə yanaşması və daim özünü inkişaf etdirməsi ilə fərqlənən Tural Taqiyevin uğur yolu gənclər üçün əsl nümunədir. Tural müəllimi təbrik edir, işlərində uğurlar arzu edirik.