FƏXRİMİZ

Sadıqov Vüqar Xalıqverdi oğlu 1968-ci il aprelın 15-də Ermənistanın Urud kəndində anadan olmuşdur. Tam orta təhsilini Urud kəndində alan Vüqar 1986-cı ildə Bakı Dövlət Universitetinin mexanika – riyaziyyat fakültəsinə daxil olmuşdur. Birinci kursu bitirdikdən sonra hərbi xidmətə yola düşmüşdür. Hərbi xidmətdən qayıtdıqdan sonra təhsilini davam etdirmişdir.

İlk əmək fəaliyyətinə 1993-cü ildən, Nizami rayonu 238 №-li məktəbdə müəllim kimi başlamışdır. 1 ay işlədikdən sonra könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün ön cəbhəyə yola düşmüşdür. 1994-cü il yanvarın 13-də Yuxarı Salahlı kəndində gedən döyüşlərdə  qəhrəmancasına həlak olmuşdur. Yanvarın 15-də onun cənazəsi valideynlərinə təhvil verilmişdir. 2002-ci ildən məktəbimiz Vətənimizin şəhid oğlu Vüqar Sadıqovun adını daşıyır. Xalqımız öz qəhrəman övladı ilə fəxr edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi