HAQQIMIZDA

214 nömrəli tam orta məktəb 1963-cü ildə tikilmişdir. 2002-ci ildən Vüqar Sadıqovun adını daşıyır. Məktəb inşa edilərkən 4 mərtəbəli, bir tipli daş binadan ibarət olmuşdur. 800 şagird yerlik bu binada uzun müddət 2500-ə yaxın şagird müxtəlif növbələrdə oxumuşdur. 2006-cı ildə isə məktəbin 3 mərtəbəli təzə korpusu istifadəyə verilmişdir. Azərbycan Respublikaısnın Prezidenti İlham Əliyevin sərəncamı ilə 2014-2015-ci tədris ilində məktəbdə keyfiyyətli təmir işləri aparılmış, məktəb yeni mebel, avadanlıq, kompüter və elektron dərs vasaitləri ilə təchiz edilmişdir. 2014-2015-ci dərs ilində məktəbdə Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının tətbiqi istiqamətində həyata keçirilən “Sağlam təhsil-Sağlam millət” layihəsi çərçivəsində fəaliyyət göstərən “Sağlam Təhsil” sinifləri açılmışdır. Bu istiqamətdə Azərbaycan bölməsi üzrə 9 sinif, rus bölməsi üzrə 7 sinif yaradılmışdır. “Sağlam Təhsil” siniflərində təhsilin ənənəvi tədris üsullarından fərqlənir, millətin gələcək sağlam nəslinin yetişdirilməsinə xidmət edir. Hazırda 1680 şagird yerlik məktəbdə 2137 şagird təhsil alır. Şagirdlərin təlim- tərbiyəsi ilə 159 öz sənətini sevən peşəkar müəllimlər məşğul olur. 50 ildən artıq tarixi və qabaqcıl tədris ənənələrinə malik olan bu elm ocağı 2008-2009-cu tədris ilində “İlin ən yaxşı məktəbi” adına layiq görülmüşdür. Hər tədris ilində məktəbi yüzlərlə XI sinif məzunu bitirir. Onların qazandığı uğurlar məktəbin fəaliyyətinin əyani göstəricisi hesab edilə bilər. Belə ki, məzunlarımız ali məktəblərə qəbul imtahanında yüksək bal toplayırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi