Son zəng

İyunun 14 -də paytaxtın ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri keçirilib. V. Sadıqov adına 214 №-li tam orta məktəbdə BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə, Nizami Rayon İcra Hakimiyyətinin birinci müavini Könül Həsənova, şəhid ailələrinin üzvləri, valideyinlər, müəllimlər və məzunlar iştrak etdi. Tədbir öncə məktəbin XI sinif şagirdlərinin səhnəyə dəvət olunması ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Hiimni səsləndirilib. 

Tədbirdə çıxış edən məktəbin direktoru Fəttah Fəttayev məzun olan şagirdlərə uğurlar arzulayaraq məktəbin fəaliyyətindən və nailiyyətlərindən danışıb.

Daha sonra qonaqlar çıxış edərək XI sinfi başa vurmaları münasibətilə məzunları təbrik edib, onlara gələcək təhsil həyatlarında nailiyyətlər arzulayıb və şagirdlərin vətənə, xalqa, dövlətə layiqli gənclər, şəxsiyyətlər kimi yetişəcəyindən əmin olduqlarını bildiriblər. Tədbirdə məktəb məzunlarının iştrakı ilə kompozisiyalar və maraqlı proqram nümayiş etdirilib.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi