Pedaqoji Şura iclası keçirildi

17.06.2025 -ci il tarixində pedaqoji şuranın növbəti içlası keçirildi. İçlasda müəllimlər, valideynlər və şagirdlər iştrak etdi. Məktəbin direktoru Fəttah Fəttayev təhsildə yüksək nəticə əldə etmiş, idman yarışlarında qalib olmuş şagirdləri mükafatlandıraraq diplomlarla mükafatlandırdı.Sonra gündəlikdə duran məsələlər haqqında məktəbin direktoru Fəttah Fəttayev pedaqoli heyyətə məlumat verdi. Direktor müavinləri tədris ilinin yekunları, şagirdlərin sinifdən-sinfə keçirilməsi, IX-XI siniflərin buraxılış imtahanlarının nəticələrini pedaqoji kollektivin nəzərinə çatdırdılar. Təşkilatçı məktəbdə tərbiyə işlərinin təşkili, şagirdlərin uğurları, digər cari məsələlər haqqında danışdı. Gələcək tədris ili ilə bağlı müəyyən məsələlər haqqında müzakirələr olundu. Məktəbin direktoru Fəttah Fəttayev çalışmanın yaş həddinə çatmış və məktəbin ictimai işlərində uğur qazanmış müəllimləri təbrik etdi.