“20 Yanvar faciəsi uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi keçirilmişdir

Məktəbin İllik Fəaliyyət PLanının 1.3.16-cı bəndinə müvafiq olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği və Ümumxalq hüzn günlərinin keçirilməsi məqsədilə 20 YANVAR şəhidlərinin xatirəsinə həsr olunmuş silsilə tədbirlər davam edir. Bu məqsədlə “20 Yanvar faciəsi uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi keçirilmiş, həmin rəsmlər məktəbin foyesində sərgilənməyə başlanmışdır.