“Mənfi və müsbət ədədlər” mövzusunda açıq dərs

Mənfi ədədlər nə üçün lazımdır? Bu sualın cavabını riyaziyyat fənn aylığı çərçivəsində “Mənfi və müsbət ədədlər” mövzusunda keçirilən açıq dərsdə ilk dəfə mənfi ədəd anlayışı ilə qarşılaşan 6c sinif şagirdləri tapmağa çalışdı. Qruplara bölünən şagirdlərə müxtəlif suallar verməklə, nümunələr üzərində yönəltməklə fənn müəllimi Aynur İmamverdiyeva onların bu suala cavab tapmasına kömək etdi. Əyaniliyə çox yer verilən dərsdə müxtəlif videogörüntülərlə şagirdlərin bu anlayış haqqında təsəvvürləri artırıldı,mənfi və müsbət ədədləri aydın təsnif etmələrinə nail olundu. Dərsin sonunda müəllim meyarlara əsasən şagirdləri qiymətləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi