4-cü siniflərdə oxu texnikasının monitorinqi

İbtidai təhsil mərhələsində şagirdlərdə formalaşdırılan ən önəmli bacarıq oxudur. Bu bacarıq siniflər üzrə məzmun standartlarına əsasən inkişaf etdirilir. Şagirdin yaş xüsusiyyətlərinə bağlı olaraq həm də, oxuya qoyulan tələblər fərqlənir. 4-cü siniflərdə bu tələblər daha çox düzgün, surətli, emosiyalı oxumaq bacarıqları ilə bağlı olur. Məhz bu bacarıqlara yiyələnmə səviyyəsini yoxlamaq üçün oxu texnikasının monitorinqi aparıldı. Monitorinq zamanı şagirdlər müvafiq mətnləri obrazların xarakterinə uyğun, ifadəli, orfoepik normaları gözləməklə oxudular. Oxu zamanı şagirdləri müşahidə edən müəllim müvafiq qeydlər apararaq,meyarlar üzrə şagirdləri qiymətləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi