Breyn rinq

Yarışmaq və qazanmaq… Məktəblilərin ən sevdiyi fəaliyyət yaşıdları ilə keçirilən müxtəlif yarış, müsabiqələrdir. Məhz bu yarışlar onlarda çevik düşünmək, zamanı dəyərləndirmək,stresi idare etmək bacarıqlarını formalaşdırır. Eyni zamanda əyləndirir, qalibiyyət duyğusunu önə çıxardır. Bütün bunları nəzərə alaraq riyaziyyat aylığı çərçivəsində məktəbimizin 5a və 5ç sinifləri arasında fənn müəllimlərinin təşkilatçılığı ilə məntiq yarışması keçirildi. Şagirdlər müxtəlif kateqoriyada sualları cavablandırdılar, həyəcanlandılar, əyləndilər, qələbəyə inamlı addımladılar. Ən əsası isə komanda ruhunu hiss etdilər, bir-birlərini dinləyərək dəstək oldular,həmrəylik nümayiş etdirdilər. Sağlam rəqabət mühitində keçən yarışın qalibi isə sualları daha tez və doğru cavablandıran 5a sinfi oldu. Qalibləri təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq! Böyük həvəslə yarışan, biliklərini nümayiş etdirən digər şagirdlərimizə də təşəkkür edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi