"Şanlı zəfər tariximiz" adlı tədbir

01.11.2021-ci il tarixində məktəbin tarix müəllimi Xəyalə Abbasovanın təşkilatçılığı və 8c sinif şagirdlərinin iştirakı ilə “Şanlı Zəfər tariximiz” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra bir dəqiqəlik sükutla şəhidlərimizin ruhu yad edilərək açıq elan olundu. Şagirdlər Vətənə, Qarabağa, şəhidlərə həsr edilmiş şeirlər səsləndirdilər, səhnəçiklər nümayiş etdirdilər. Tərbiyə işləri üzrə direktor müavini Arzu Alışqızı çıxış edərək, Azərbaycan xalqının əzmi və iradəsinin, müasir ordu quruculuğunun və xalq-iqtidar birliyinin ölkəmizin qələbəsini təmin edən mühüm amillər olduğunu şagirdlərin diqqətinə çatdırdı. Tədbirin sonunda şagirdlərin hazırladıqları videoçarx nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi