Qənimətlər Parkına ekskursiya təşkil olundu

 Müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində qazanılan Qələbəmiz tarixə qızıl hərflərlə yazıldı. Döyüşlər zamanı əldə olunan hərbi qənimətlər bu gün paytaxtımızın ən görkəmli yerində sərgilənir. Müəllimlər də böyüməkdə olan nəslə müzəffər Azərbaycan Ordusunun gücünü və rəşadətini anlatmaqla yanaşı, əyani şəkildə göstərməyə də üstünlük verirlər. Bu məqsədlə ibtidai sinif müəllimi Gülşən Rzayevanın  rəhbərlik etdiyi 2“b” sinif şagirdlərinin “Qənimətlər parkı”-na ekskursiyası təşkil olundu. Şagirdlər sərgilənən hərbi qənimətləri diqqətlə izlədilər, qürur hissi ilə oradan ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi