"Çempionumuz" sosial idman layihəsi

08.10.2021-ci il tarixdə məktəbimizdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü və Nizami rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və rəhbərliyi ilə "Çempionumuz" sosial idman layihəsi çərçivəsində "Boks" üzrə respublika və beynəlxalq miqyaslı yarışların qalibi və mükafatçısı, yığma komandanın üzvü Tayfur Əliyevlə görüş keçirilmişdir.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.Sonra Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə şıxış edən məktəbin direktoru Fəttah Fəttayev qonagımızı salamlayaraq bu kimi tədbirlərin böyüməkdə olan gənc nəslin tərbiyyəsində önəmli rol oynadığını vurğuladı.Tayfur Əliyev çıxış edərək, idmançı həyatı və kariyerası barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.Sonra Tayfur Əliyevin rinqdə keçirdiyi müxtəlif döyüşlərdən hazırlanmış videoçarx nümayiş etdirildi və çempionumuza ünvanlanan sualları cavablandırdı.Tədbir başa çatdıqdan sonra görüş iştirakçıları çempionumuzla xatirə şəkili çəkdirdilər və avtoqraf aldılar.

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi