İlk dərslər "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olundu

Sentyabrın 29-u Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə ənənəvi tədrisə start verilib. İlk dərslər təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən  “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub. Məqsəd, qüdrətli Azərbaycan xalqının, müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli ordumuzun “Dəmir yumruq” kimi birləşərək 44 gün ərzində əldə etdiyi tarixi qələbəni təbliğ etmək, şagirdlərdə vətənpərvərlik tərbiyəsini formalaşdırmaqdır. Dərslərdə  mövzu ətrafında müzakirələr  aparıldı, Ali Baş Komandanın ideyalarını  əks etdirən videoçarxlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi