Monitorinq keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən IX siniflərdə ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə növbəti sınaq test imtahanı keçirildi. Məqsəd şagirdlərin bilik, bacarıq vərdişlərinə yiyəlnmə səviyyəsinin öyrənilməsi və şagirdlərin pedaqoji-psixoloji cəhətdən imtahanlara hazırlığının təmin edilməsidir. Qiymətləndirmə pandemiya qaydalarına uyğun olaraq təşkil olunmuşdur. Sınaq imtahanında şagirdlər 3 fəndən 90 sual cavablandırdılar.