1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür

1 Mart Ümumdünya Mülki Müdafiə Günüdür
1972-ci ildə Beynəlxalq Mülki Müdafiə təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi bir gündür. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Ölkəmizdə mülki müdafiə təşkilatı bir neçə istiqamət üzrə ixtisaslaşıb. Qurumun tərkibinə ayrılıqda Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Suları Xilasetmə Xidməti və Xəzər Hövzə Qəza-xilasetmə Xidməti fəaliyyət göstərir.
Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında əsas vəzifə kimi dayanır. 
1 Mart Mülki Müdafiəsi Günün hər il qeyd olunmasında məqsəd ictimaiyyətin diqqətini bu  təşkilatın vacibliyinə və həyatı əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlığını lazımınca qiymətləndirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi