Xocalı faciəsindən 29 il keçdi

Xocalı faciəsindən 29 il ötür. Respublikamızın hər yerində olduğu kimi Xocalı faciəsi qurbanları məktəbdə də anıldı. Məktəbin foyesində faciə qurbanlarına həsr olunmuş stendlər yerləşdirildi, qərənfillər düzüldü. 3E sinif şagirdləri hazırladıqları divar qəzetlərində Xocalı qurbanlarının əziz xatirəsini bir daha yad etdilər.