"Xocalı faciəsinin 29 ili" onlayn təşkilat saatı

Məktəbin 6C sinif rəhbəri Şaiqə Namazəliyeva təşkilat saatını Xocalı faciəsinə həsr etdi. Şaiqə müəllimə Xocalı hadisələrinin tarixi barədə ətraflı məlumat verərək bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərinin zəbt edib. Daha sonra şagirdlərin Xocalı faciəsi ilə bağlı fikirləri dinlənilib, müvafiq mövzu ətrafında müzakirələr aparılıb və vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.