Pedaqoji Şura iclası keçirildi

Virtual məktəb platformasında I yarımilin yekunlarına dair Pedaqoji Şura keçirildi. Məktəbin direktoru Fəttah Fəttayev I yarımil ərzində görülmüş işlər, keçirilmiş tədbirlər və “Qələbə” dərslərinin əhəmiyyətindən danışdı. Qarşıda duran cari məsələlər də pedaqoji kollektivin nəzərinə çatdırıldı. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Vəfa Bayramova 5-11, Aysel Cəbrayıllı isə 1-4 siniflər üzrə məktəbdaxili qiymətləndirmənin nəticələrini müzakirə etdilər.