“Vətən müharibəsi qəhrəmanları” inşa yazı müsabiqəsi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəaliyyət Planın təsdiqi barədə” 16.11.2020-ci il tarixli, F-512 nömrəli əmrini icra etmək məqsədilə hazırladığı Tədbirlər Planına uyğun olaraq, məktəbin 5-11-ci sinif şagirdləri arasında “Vətən müharibəsi qəhrəmanları” mövzusunda inşa yazı müsabiqəsi keçirildi.

Müsabiqənin keçirilməsində məqsəd Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Azərbaycan əsgərinin qəhrəmanlığının tərənnüm edilməsi və şəhid olanların xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın tarixi qələbəsinin təbliğ edilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, məktəblilərə milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hisslərin aşılanması, şagirdlərin istedad və yaradıcılıq potensialının inkişaf etdirilməsindən ibarətdir. Müsabiqənin nəticələrinə əsasən məktəbin 10C sinif şagirdi Ağadada Kənan fərqlənərək Nizami rayon məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsinə vəsiqə qazanaraq məktəbimizi layiqincə təmsil etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi