"Tarixi abidələrimiz" mövzusunda təşkilat saatı

Məktəbimizin 4-cü siniflərində "Tarixi abidələrimiz" mövzusunda təşkilat saatı keçirildi. Şagirdlər Qarabağ və işğaldan azad olmuş digər bölgələrin tarixi, mədəni abidələri haqqında məlumatlar verdilər, video-təqdimatlar hazırladılar. Müəllimlər uzun illər işğal altında qalan dini abidlərimizin mənfur düşmən tərəfindən necə təhqirə məruz qaldığını , tarixi və mədəni abidlərin isə dağıdılıb, yandırılması haqqında söhbət açdı. Sonda tarixi abidələrə həsr olunmuş videoçarx və təqdimatlar nümayiş etdirildi.