"Xoşbəxt bir ölkənin övladlarıyıq" layihəsində tele-körpü

Bakı şəhəri Nizami rayonu V.Sadıqov adına 214 nömrəli tam orta məktəbin  "Sağlam təhsil-sağlam millət" layihəsində təhsil alan 4a sinif şagirdləri və Bakı şəhəri Xətai rayonu A.Məhərrəmov adına 95 saylı tam orta məktəbin "Sağlam təhsil-sağlam millət" layihəsində təhsil alan 4b sinif şagirdləri arasında tele-körpü yaradıldı. "Xoşbəxt bir ölkənin övladlarıyıq" adlı onlayn tədbirin keçirilməsində məqsəd pandemiya dövrü olmasına baxmayaraq təhsilimizi, dostluğumuzu, qardaşlığımızı davam etdirmək və hər iki məktəbdə  təhsil alan 4-cü sinif şagirdlərinin dörd ildə öyrəndikləri fənlərin hesabatını təqdim etmək idi. Tədbiri giriş sözü ilə 95 saylı məktəbin direktoru E.Abdullayev və onun həmkarı 214 saylı məktəbin direktoru E.Ağayeva açaraq bu ağır dönəmdə belə tele-körpülərin qurulmasının şagirdlərin psixoliji, mənəvi və maarifləndirici aspekt olduğunu vurğuladılar. Tədbirin sonunda söz Təhsil nazirliyinin "sağlam təhsil-sağlam millət" layihəsi üzrə kordinatoru Nigar Şahhüseynbəyovaya və həmin layihənin pedoqoji blokunun metodistləri Könül və Təranə  xanıma verildi. Nigar xanım bu tədbirin pandemiya dövrünə təsadüf etdiyini vurğulayaraq belə bir tədbirin onlayn platformada keçirilməsini yüksək qiymətləndirdi. Qonaqlardan Xətai Rayon Icra Hakimiyyətinin Ictimai Siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Pənah İmanov öz çıxışında təşəkkürünü bildirərək sağlam ruhda savadlı Azərbaycancılıq ideologiyasi ilə yetişdirdikləri gəncliyə görə tədbirin təşkilatçılarına  və sinif müəllimlərinə öz minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi