28 ildir Şuşasızıq...28 ildir Şuşa bizsiz qalıb..

Bu gecə yuxuma girmişdi Şuşa,

Cabbar ağlayırdı, Xan ağlayırdı.

Dönmüşdü qanadı qirılmış quşa,

Qarabağ başabaş qan ağlayırdı.

 

“Azərbaycanın dilbər güşəsi Qarabağ, Qarabağın inisi isə Şuşadır.Uca dağlar qoynunda yerləşən Şuşanı bir vaxtlar “alınmaz qala” adlandırırdıq. Sevə-sevə şeirlər qoşar, nəğmələr bəstələrdik musiqimizin beşiyi olan Şuşamıza. Cıdır düzünü, İsa bulağını, sıx meşələrini, allı-güllü çəmənlərini, başı dumanlı uca dağlarını məhəbbətlə, xüsusi bir zövqlə vəsf edər, fəxrlə danışardıq.

Biz inanırıq ki, gün gələcək Şuşa erməni işğalından azad ediləcək. Minlərlə məcburi köçkün sönmüş ocağına dönəcək və onu öz nəfəsi ilə yenidən alovlandırcaq. Şəhərin üzərində sevinc və azadlıq günəşi doğacaq, Qarabağ şikəstəsinin sədaları ətrafa yayılacaq.” Bu sözlər 5A sinif rəhbəri İlkanə Nəbiyevanın Şuşanın işğalına həsr etdiyi təşkilat saatında söylənildi.

Şagirdlərimiz Şuşa şəhərinin tarixi, bu şəhərin mədəniyyət, ədəbiyyat və incəsənət aləminə bəxş etdiyi əvəzolunmaz şəxsiyyətlər haqqında məlumat verdilər.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi