“Fibonacci” intellektual yarışması təşkil olunmuşdur

Koronovirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların asudə vaxtının faydalı təşkili, evdə qaldıqları müddətdə bilik və bacarıqlarından əlavə, dünyagörüşü və məntiqin də inkişafına nail olmaq məqsədilə Təhsil Nazirliyinin təşəbbüsü ilə məktəblilərarası onlayn şəkildə “Fibonacci” intellektual yarışması təşkil olunmuşdur.
Aprel ayının 24-də keçirilən ilk oyunda Bakı, Sumqayıt və Xırdalan şəhərlərindən ümumilikdə 73 komanda iştirak etmişdir. Məktəbimizin komandası yarışmada çox həvəslə iştirak etdilər. Komandamıza növbəti oyunlarda uğurlar diləyirik.