(NASA) gələcək kosmik missiyalar mövzusunda inşa müsabiqəsi

ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) gələcək kosmik missiyalara diqqəti cəlb etmək və bu istiqamətdə elmi marağı artırmaq üçün 2015-ci ildən beynəlxalq miqyasda məktəblilər arasında inşa-yazı müsabiqəsi keçirir. Nəzərinizə çatdıraq ki, artıq seçim mərhələsi yekunlaşıb və qaliblər müəyyən olunub. İlkin mərhələdə 50 inşadan yalnız 38i tələblərə cavab verdi, sonrakı mərhələdə 38 inşadan yalnız 7si son mərhələyə keçdi. Yarım final mərhələsinə vəsiqə almış 7 inşanın qiymətləndirilməsi isə “ Zoom” tətbiqi vasitəsi ilə onlayn şəkildə həyata keçirilib və I,II, III yerlər müəyyənləşib.

56 balla I yerın sahibi  məktəbin 11-ci sinif şagirdi İbrahimov Elvin Elçin oğlu! I yeri qazanan esse növbəti seçim turuna vəsiqə qazanaraq NASA-ya göndəriləcək.

Bütün qaliblər və iştirakçılar diplom və sertifikatlarla təltif olunacaq.

Qalibləri və bütün iştirakçıları təbrik edirik onlara gələcək kəşflərində uğurlar arzulayırıq!

Qiymətləndirmə prosesini Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru və Bakı Dövlət Universitetinin “ Bioekologiya” kafedrasının dosenti Firuzə Sultan-zadə, RUGİM-in “İnnovasiya Texnologiyalar” bölməsinin müdiri Əhmədova Bahar, Tusi-Bohm Planetariumun rəhbəri Famil Mustafa, Bakı Dövlət Universiteti “Astrofizika” kafedrasının dosenti Kəmalə Alışova, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası "Planetlər və kiçik səma cismləri" şöbəsinin müdiri Ədalət Ətai və dosenti Mirnamiq Bəşirov aparıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi