"Xocalı harayı" adlı tədbir

 Xocalı soyqrımının 28-ci ildönümünə həsr edilmiş tədbir keçirildi. Bunlardan biri də məktəbin informatika müəllimi Vəfa Vəliyevanın ibtidai sinif şagirdləri və 9-10-cu sinif şagirdləri ilə birgə hazırladığı "Xocalı harayı" adlı tədbiri oldu. Tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərə Xocalı faciəsinin tarixindən bəhs olunub. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər xalqımıza qarşı növbəti qanlı təcavüzə əl ataraq dəhşətli soyqırım törədib, günahsız insanları kütləvi şəkildə öldürüblər. Şagirdlər Vətənə, doğma torpağa olan duyğularını şeirlər,  ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdiriblər

Tədbirin təşkil olunmasının əsas məqsədi həlak olanların xatirəsini ehtiramla yad etmək, məktəblilərdə vətənpərvərlik hissini yüksəltmək, Xocalı soyqırımı zamanı xalqımıza qarşı törədilən işğal altında olan torpaqlarımız haqqında şagirdləri məlumatlandırmaqdan ibarətdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi