Məktəbimizin uğuru

Məktəbimizin Çağırışaqədər hazırlıq müəllimi Bədirov Vidadi Gənclərə hərbi vətənpərvərlik ruhunun aşılanması vəzifəsini layiqincə yerinə yetirdiyinə və 10ç sinif şagirdi Məmmədov Abbas Elnur oğlu Hərbi idman oyunlarında əldə etdiyi nailiyyətlərə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsi tərəfindən Fəxri Fərmanla təltif olunmuşlar. Bu münasibətlə Vidadi müəllimi və Abbası səmimi qəlbdən təbrik edirik.