Böyük Summativ Qiymətləndirmə keçirilir

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair təlimata və məktəbin illik Fəaliyyət Planına uyğun olaraq əldə edilmiş şagird nailiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə IV-XI siniflərdə 2019/2020-ci tədris ilinin I yarımili üçün Böyük Summativ qiymətləndirmə keçirilir.
Böyük summativ qiymətləndirmənin keçirilməsində əsas məqsəd şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir. Böyük summativ qiymətləndirmə məktəb rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır.