Vüqar Sadıqovun anım günü münasibətilə ədəbi-bədii kompozisiya

Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərin ömür yolu gənclərimizə örnəkdir. Yurdumuzun qorunması, vətənimizin müdafiəsi uğrunda canından–qanından  keçərək şəhidlik zirvəsinə ən böyük şərəf və qürurdur.

Vətən uğrunda həlak olmuş məktəbimizin adını daşıdığı Vüqar Sadıqovun anım günü münasibətilə ədəbi-bədii kompozisiya təşkil olundu. Tədbirdə məktəbin direktoru Esmira Ağayeva çıxış edərək söylədi ki, “Şəhidlik adı ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda canından keçmək deməkdir!” Şagirdlər şeirlər söylədilər, Vüqar Sadıqovun keçdiyi döyüş yolu haqqında məlumatlar verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi