Valideynin məktəbdə bir günü

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28 yanvar 2019-cu il tarixli F-66 əmrinə əsasən “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində görüş keçirilib. I-XI sinif şagirdlərinin valideynləri ilə akt zalında keçirilən görüşdə məktəbin direktoru  Esmira Ağayeva məktəbin fəaliyyəti, şagirdlərin nəailiyyəti haqqında danışdı. Şagirdlərin buraxılış və qəbul imtahanlarında göstərdiyi uğurlar, statistik rəqəmlərlə bağlı məlumatları valideynlərin nəzərinə çatdırdı. Layihənin əsas məqsədi  valideynin məktəblə qarışlıqlı fəaliyyət göstərməsi, şagirdlərin təhsilin inkişaf  mərhələləri barədə məlumatlı olmasıdır. Tədbirdə Tərbiyə İşləri üzrə direktor müavini Arzu Alışqızı öz çıxışında müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolundan bəhs edərək valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini daha da genişləndirmək üçün görülən intensiv işlərdən danışdı. Daha sonra valideynlər məktəb mühiti ilə tanış olublar. Onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verilib. Dərs müşahidələrindən sonra akt zalında seminar keçirilib. Sonra valideynləri maraqlandıran suallar cavablandırıldı. Görüş ədəbi-bədii kompozisiyanın nümayiş etdirilməsi ilə başa çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi