“ZƏRƏRLİ VƏRDİŞLƏR. ALKOQOLİZM VƏ NARKOMANİYA”

 Şagirdlər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nigahların qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması məqsədilə “Ümumi təhsil müəssisələrinin VIII və IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodik vəsaitə” əsasən VIIIa, VIIIb sinif şagirdləri ilə “Zərərli vərdişlər. Alkoqolizm və narkomaniya” mövzusunda məşgələ keçirildi.

 Məşğələ məktəb-liseyin psixoloqu Yeganə Vəliyeva ,uşaqlarla məktəbdənkənar və sinifdən xaric tərbiyə işi üzrə təşkilatçı İlhamə Əsgərova tərəfindən aparıldı.

 Şagirdlərə alkoqolizm və narkomanyanın sağlamlığa vurduğu zərərlər haqqında məlumat verildi. Qeyd olundu ki, bəşəriyyət üçün faciəyə çevrilən narkomaniya yeniyetmələr arasında çox vaxt onların məlumatsızlığından və yanlış maraqları üzündən baş verir.

 Məşğələdə videoçarx  vasitəsilə şagirdləri ətraflı şəkildə maarifləndirdilər.

 Sonda bir qrup şagirdlər insanın narkotikdən istifadə etməyə təhrik edən səbəblər, digər qrup şagirdləri isə narkoasılılığın səbəbləri haqqında fikirlər bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi