DÜNYAMIZI QORUYAQ

 Azərbaycan Respublikasında 2024-çü il “Yaşıl dünya naminə həmrəylik ili” ilinin elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq məktəb-liseydə 6 aprel tarixində fizika müəllimi Asya Sərdarovanın rəhbərliyi ilə tədris etdiyi STEAM dərsində IXa və IXb sinif şagirdlərinin “Dünyamızı qoruyaq” başlığı altında hazırladıqları layihə  işləri nümayış etdirildi.

 Şagirdlərdən Şükürova Leyla- “Dünya su hövzələrinin problemi və qorunması yolları”, Abbaszadə Aynur- “Ətraf mühitin mühafizəsi”, Qardaşəliyev Nicat- “Buzlaqların əriməsi problemi”, Əliyev  Rüfət- “Radioaktiv çirklənmə”, Mustafayeva Nuray- “Təbii fəlakətlər” başlığı ilə hazırlanmış layihə işlərini təqdim etdilər.

 Təqdim olunan  hər bir layihədə şagirdlər ümumilikdə bütün dünyanı narahat edən qlobal problemlərə toxunumuş və onların həlli yollarını göstərməyə çalişmışdılar. Təqdim olunan işlər müəllim və şagirdlər tərəfindən gözəl qarşılandı.

 Təqdimatda uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı İlhamə Əsgərova iştirak etdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi