TƏBİİ FƏLAKƏTLƏR VƏ ONLARIN İNSAN HƏYATINDA ROLU

 1 mart tarixində məktəb-liseyin VIa  sinif rəhbəri Kazımova Samirə və təlim tərbiyə işləri üzrə Əsgərova İlhamənin rəhbərliyi ilə "Mülki Müdafiəyə Günü"nə həsr edilmiş dərs təşkil edildi. Mövzu  aktual mövzulardan sayılan  “Təbii fəlakətlər və onların insan həyatında rolu”na həsr edilmişdir. Dərsdə şagirdlərə təbii fəlakətlər haqqında məlumat verilmiş, onların insan həyatında hansı fəsadlar törətdiyindən, təbii fəlakətlərdən biri olan zəlzələ zamanı davranış qaydaları izah edilmiş, bununla bağlı şagirdlərə videoçarxlar nümayiş etdirilmişdir. Mövzu barədə şagirdlərin fikirləri dinlənilmiş, fikir mübadiləsi aparılmışdır. Təbii fəlakətlər zamanı məktəb binasında olacaqları təqdirdə şagirdlərə təxliyyə olunmaları üçün məlumat verilmiş, təxliyyə çıxışları göstərilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi