Şagirdimizin uğuruMəktəbin şagirdi Orxan Rzalı fransız güləşi (şaolin) üzrə Avropa çempionatının Ukraynanın Xarkov şəhərində keçirilən turnirində 40 kq çəki dərəcəsində məharətlə güləşərək III yerin sahibi olmuş və diplomla təltif edilmişdir.
Təbrik edirik!
Şagirdimizin birinciliyiMəktəbin şagirdi Riad Əliyev fransız güləşi (şaolin) üzrə Avropa çempionatının Ukraynanın Xarkov şəhərində keçirilən turnirində 60 kq çəki dərəcəsində bütün rəqiblərinə üstün gələrək I yerin qalibi olmuş və diplomla təltif edilmişdir.
Təbrik edirik!
"Yurdumuza bahar gəlir" adlı uşaq rəsm müsabiqəsiMəktəbin 9"A" sinif şagirdi Əliyev Heydərin çəkdiyi rəsm əsəri "Yurdumuza bahar gəlir" uşaq rəsm müsabiqəsinin qalib əsərləri sərgisində nümayiş etdirildi. Şagirdimizə diplom və hədiyyə təqdim edildi.
Təbrik edirik!