Nailiyyətlərimiz

Məktəblilərimiz basketbol üzrə idman turnirindəMəktəbimizin şagirdlərindən ibarət basketbol komandası "Məktəblilər arasında məhəllə basketbolu" üzrə Bakı şəhər turnirində II yerə layiq görüldüyünə görə diplomla təltif olunmuşdur. Yarışların keçirilməsində əsas məqsəd yeniyetmə məktəblilərin asudə vaxtının səmərəli təşkili, onlar arasında idmanın kütləviliyinin təmin olunması, o cümlədən məktəblilırin dostluq əlaqələrinin yaradılmasıdır.

Müəllimlərimizin SPEX layihəsində iştirakıMəktəbimizin ingilis dili müəllimləri Pərvin Qurbanova və Əfsanə Cəbrayılovaya Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “British Council”un birgə əməkdaşlığı ilə ingilis dili müəllimləri üçün təşkil edilən“Uğur üçün tədris” (SPEX) layihəsini uğurla yekunlaşdırdıqlarına görə sertifikatlar təqdim edilmişdir. Dil təkmilləşdirmə təlimlərinin keçirilməsində əsas məqsəd müəllimlərin İngilis dilində danışıq səriştəsinin artırılması, dil və tədris bacarıqlarının təkmiləşdirilməsi, onların əldə etdikləri nəzəri biliklərin dərslərdə tətbiqinin daha da inkişaf etdirilməsindən ibarət olmuşdur.

Qalib layihəmizin açılış mərasimiOktyabrın 8-də "Təhsildə inkişaf və innovasiyalar" üzrə III Qrant Müsabiqəsinin qaliblərindən biri olan "Maliyyə məktəbi" layihəsinin N.Tağıyev adına 212 nömrəli tam orta məktəbdə açılış mərasimi keçirildi. Toplantıda Bakı şəhəri üzrə Təhsil İdarəsinin, tərəfdaş təşkilat "Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin nümayədələri və layihə iştirakçıları olan Bakının 11 məktəbindən müəllimlər iştirak etdilər. İştirakçılara layihənin məqsədləri, vəzifələri barədə məlumat verildi. Müzakirələr aparıldı və növbəti mərhələ üçün iş planı təsdiq edildi.

HAQQIMIZDA

Natiq Tağıyev adına 212 nömrəli tam orta məktəb 1963-cü ildən fəaliyyət göstərir.

<...
BİZİM FƏXRLƏRİMİZ

Rüstəm Babazadə Kamil

Nihad Quliyev Oktay

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi