HAQQIMIZDA

Natiq Tağıyev adına 212 nömrəli tam orta məktəb 1963-cü ildən fəaliyyət göstərir.

27 avqust 1994-cü ildən 212 nömrəli tam orta məktəbə Ağdərə döyüşlərində şəhid olmuş məktəbin məzunu Natiq Tağıyevin adı verilmişdir.

Məktəb 2009-cu ildə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbdə təlim Azərbaycan və rus dillərində aparılır.

Məktəbdə “Rus dilinin intensiv təlimi” layihəsi fəaliyyət göstərir. 2023-2024-ci tədris ilinin əvvəlində komplektləşdirilmiş 80 sinifdə 2334 şagird təhsil alır. Məktəb 2 növbəlidir.                                   

Hazırda məktəbdə 2 informatika kabineti, fizika, kimya, bilogiya laboratoriyaları, geniş idman zalı və yeməkxana vardır. Yüksək tələbkarlıq və ciddi intizam əsasında qurulan təlim-tərbiyə prosesini məktəbin 184 müəllimi yerinə yetirir. Müəllimlərdən 2 nəfəri “Əməkdar müəllimi “, 2 nəfəri  “Qabaqcıl təhsil işçisi “, 1 nəfər “ Tərəqqi” medalı və 2 nəfər “ Fəxri fərman” la təltif edilmişdir. 

Məktəbin məzunları hər il yüksək nəticələrlə respublikamızın və dünyanın  nüfuzlu ali məktəblərinə daxil olurlar. 2018-2019-cu tədris ilində məktəb üzrə ən yüksək nəticə göstərmiş Pərviz Abdullayev 671 balla Azərbaycan Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi fakültəsinə qəbul olmuşdur. Keçən dərs ilində məktəbimizin biologiya müəllimi  Həsənova Elmira “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsində II yerin qalibi olmuşdur. 

Natiq Tağıyev adına 212 nömrəli tam orta məktəbin şagirdləri müxtəlif yerli və beynəlxalq idman yarışlarında yüksək nəticələr göstərirlər.  

Məktəbimiz 2018-2019-cu tədris ilində “Təhsildə İnkişaf və İnnovasiyalar”  III Qrant müsabiqəsində  “Maliyyə məktəbi” layihəsi ilə qalib olmuşdur.

Şagirdlərimiz hər il müxtəlif sərgi, müsabiqə, bilik yarışları, fənn olimpiadalarında uğurla iştirak edirlər. 

212 nömrəli tam orta məktəbin kollektivi ölkəmizdə formalaşan güclü təhsil infrastrukturunun  və gənc nəslin əsl vətəndaş kimi formalaşmasına öz layiqli töhfəsini vermək üçün tam məsuliyyətlə çalışır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi